Parisdə Olimpiya kəndində qida çatışmazlığı yaranıb, keyfiyyətsiz yeməklər verilir
Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər.
“Report” xəbər verir ki, bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib.
Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar.
“İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - Enson deyib.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Oxşar xəbərlər
İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












