Azərbaycan atıcısı: "Avropa Kubokunda daha yaxşı nəticə qazana bilərdim"
sizinxeber.az xəbər saytı

Azərbaycan atıcısı: "Avropa Kubokunda daha yaxşı nəticə qazana bilərdim"


Azərbaycan atıcısı Ruslan Lunyov Avropa Kubokunda daha yaxşı nəticə qazana bilərmiş.

Bunu “Sizinxeber.az”a idmançı özü deyib.

O, ikinci yeri tutduğu üçün sevindiyini vurğulayıb:

“Nəticələrim normaldır. Ancaq daha yaxşı atəş aça bilərdim. Bu dəfə belə alındı. İki gümüş medal qazandım. Yarışdan əvvəl gözləntilərim yaxşı idi. Mən Avropa Kuboklarında əksər vaxtlarda iki medal qazanıram. Tallində hər il belə yarış olur. Bu dəfə də medallarımın sayı 2 oldu. Turnirin ilk hissəsində zəif atəş açdım. İkinci hissəyə başlayanda bilirdim ki, mənim üçün çətin keçəcək. Amma nəticəm yaxşı oldu və ikinci yerə çıxdığım üçün sevindim. Düşünürdüm ki, 3 və ya 4-cü yerləri tutacağam”.

R.Lunyov qarşıdakı planlar barədə də danışıb:

“Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıram. Orada da eyni növlər üzrə yarışlar olacaq. Məqsədim medallar qazanmaqdır. Ötən il Avropa çempionatında bir gümüş və bürünc medal qazanmışdım. Bu il daha yaxşı nəticə qazanacağıma inanıram”.

Qeyd edək ki, R.Lunyov Avropa Kubokunda 25 metr məsafəyə sürətli atəş və eyni məsafəyə mərkəzi atəş açma növləri üzrə gümüş medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi Avropa çempionatında medal qazanmasına münasibət bildirib
Azərbaycan millisinin baş məşqçisi: "Qubadakı turnir EYOF və Avropa çempionatı üçün seçim yarışı idi"
Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”
Avropa üçüncüsü olan Azərbaycan avarçəkəni: "Güclülər sırasında yer aldığım üçün sevinirəm"
Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan güləşçisi: “Məqsədim çempion olmaq idi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər