Maks Ferstappen Mixael Şumaxerin rekordunu təkrarlayıb  
sizinxeber.az xəbər saytı

Maks Ferstappen Mixael Şumaxerin rekordunu təkrarlayıb  


“Formula 1”də çıxış edən “Red Bull” pilotu Maks Ferstappen yarış tarixində bir komandanın tərkibində fəxri kürsüyə çıxma sayına görə Mixael Şumaxerin (116) rekordunu təkrarlayıb.

“Report” “Autosport”a istinadən xəbər verir ki, niderlandlı pilot bunu İtaliyada keçirilən Emiliya-Romanya Qran-prisinin qalibi olmaqla gerçəkləşdirib.

Bu qələbə 27 yaşlı sürücü üçün Avstriya komandasının tərkibində 116-cı olub. Hazırkı rekord isə “Ferrari”nin pilotu Lyuis Hemiltona məxsusdur. O, “Mercedes”də çalışdığı müddətdə 153 dəfə fəxri kürsüyə qalxıb.

Niderlandlı pilot həmçinin yarışlarda lider qismində davam etdiyi dövrələrin sayına görə Sebastyan Fetteli geridə qoyub. Ferstappen karyerası ərzində lider kimi ümumilikdə 3560 dövrə vurubsa, Fetteldə bu rəqəm 3501-ə bərabərdir. Bu da “Formula 1” tarixində üçüncü ən yaxşı nəticədir. İlk iki ən yaxşı göstərici Lyuis Hemiltona (5487 dövrə) və Mixael Şumaxerə (5111 dövrə) məxsusdur.

Oxşar xəbərlər

Ferstappen əfsanəvi Mixael Şumaxeri keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maks Ferstappen “Formula 1” üzrə İtaliya Qran-prisinin qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Emiliya-Romanya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ferstappen “Formula 1” Mayami Qran-prisinin qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ferstappen “Formula-1” üzrə Qətər Qran-Prisinin qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər