Aleks Elbon: Bakıda ötmə üçün yaxşı imkanlar var
Bakıda yarışmaçıları bir çox stasionar yollardan sonra ilk küçə mərhələsi gözləyir.
“Report” “F1news”a istinadən xəbər verir ki, bunu “Williams” komandasının pilotu Aleks Elbon “Formula 1” üzrə Azərbaycan Qran Prisi ərəfəsində deyib.
O, Bakıda şəhər trekində maraqlı və qabaqcadan proqnozlaşdırıla bilinməyən yarış olacağını və bu yarışı səbirsizliklə gözlədiyini bildirib.
“Bakıdakı trekin yaxşı ritmi var, onunla yaxşı tanışam və məmnuniyyətlə mərhələyə hazırlaşıram. Yenilənmiş avtomobili başqa tipli trekdə sınaqdan keçirmək və onun müxtəlif şəraitlərdəki performansını qiymətləndirmək fürsətini səbirsizliklə gözləyirəm. Adətən bu yarış maraqlı və gözlənilməz olur, trekin yaxşı ötmə imkanları var və bu həftəsonu bundan istifadə etməyə ümid edirik”, - Elbon söyləyib.
Oxşar xəbərlər
"Formula 1" pilotu: Bakı ən sevdiyim treklərdən biridir
Maks Ferstappen: Bakıdakı trek maraqlıdır
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşib
Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb
Oskar Piastri Azərbaycan Qran-Prisində xallar qazanacaqlarına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












