"Formula-1" Yaxın Şərqdəki vəziyyətə görə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini ləğv edib
sizinxeber.az xəbər saytı

"Formula-1" Yaxın Şərqdəki vəziyyətə görə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini ləğv edib


"Formula-1" avtomobil yarışları üzrə dünya çempionatının rəhbərliyi Yaxın Şərqdəki vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında Qran-pri mərhələlərinin ləğv olunması barədə qərar qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə" Formula-1"in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təşkilatçılar yarışların təşkili üçün müxtəlif alternativ variantları nəzərdən keçiriblər, lakin nəticədə mərhələlərin dəyişdirilməsindən imtina etmək qərarına gəliblər.

"Formula-1"in prezidenti və baş direktoru Stefano Domenikali qeyd edib ki, bu, regionda mövcud vəziyyəti nəzərə alaraq mürəkkəb, lakin zəruri qərar idi.

Öz növbəsində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sülayem Bəhreyn və Səudiyyə Ərəbistanının çempionatın təqvimində mühüm rol oynadığını vurğulayıb və şərait imkan verdiyi zaman yarışların bu ölkələrə qaytarılacağına ümid etdiyini bildirib.

Bəhreyndə Qran-pri aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə 17-19-da keçirilməli idi. Yaponiya Qran Prisindən sonra (27-29 mart) çempionatda dörd həftəlik fasilə yaranır və növbəti mərhələ mayın 1-3-də Mayamidə (ABŞ) keçiriləcək.

Oxşar xəbərlər

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib
“Formula 1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi müəyyənləşib
"Formula 1": Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb
"Formula 1": 2026-cı ildən sonra Niderland Qran-prisi təqvimdə yer almayacaq
Maks Ferstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər