Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
sizinxeber.az xəbər saytı

Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur


Bu gün Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayır.

“Report” xəbər verir ki, Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3 400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb.

Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir.

Oxşar xəbərlər

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət!
Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər