Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb
sizinxeber.az xəbər saytı

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb


2023-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 83 313,37 min ABŞ dolları dəyərində 96859,40 ton neft və neft məhsulları idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 32 099,15 min dollar və ya 62,67%, həcmi isə 37 777,41 don və ya 63,94% artıb.

Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycandan 51 214,22 min dollar dəyərində 59 081,99 ton neft və neft məhsulları idxal edib.

Bu il Gürcüstan ümumilikdə 1 053 007,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 14,7% azdır.

Oxşar xəbərlər

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya bazarlarında neft bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər