“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət! » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2023
17:09

“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət!

19 dek, 2023
17:09
1 065

“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət!

Dekabrın 12-14-də Dubayda keçirilmiş “Orqanik və Təbii Məhsullar” Sərgisində Azərbaycanı yalnızca “SAB” (Zəhmət-Ruzi MMC) şirkəti təmsil edib.

Ən müasir texnoloji avadanlıqlara, laboratoriyalara, istehsal sexlərinə, anbarlara, daşınma sistemlərinə, habelə 300-dən çox yüksək ixtisaslı işçi heyətinə, ən əsası 25 illik təcrübəyə sahib olan, o cümlədən Azərbaycanın qida sektorunda hər zaman öz birinciliyini qoruyan, halal məhsulları ilə əvəzolunmaz dada çevrilən “SAB” beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib.

Orqanik və Təbii Məhsullar Sərgisi Yaxın Şərqdə öz sahəsində ən böyük və ən əhatəli sərgidir. Üç gün davam edən yarmarkada 50 fərqli ölkədən yüzlərlə qida şirkətləri təmsil olunub. Ələlxüsus da qeyd etməliyik ki, dünyanın dörd bir yanından gələn sərgi iştirakçıları və qonaqlar “SAB”ın halal məhsullarından dadaraq çox dadlı və nəfis olduğunu dilə gətirib.

Məlumat üçün bildiririk ki, hər il təşkil edilən Dubai EXPO Orqanik və Təbii Məhsullar bütün dünyanı sağlam və təbii qida mövzusunda tək bir mərkəzdə toplamağı bacaran dünyanın ən böyük sərgilərindən biridir. Strateji yerləşməsinə görə bu dünyanın hər bir qitəsindən sənaye liderlərini bir araya gətirən və çoxlu sayda iştirakçı və ziyarətçi cəlb edən aparıcı yarmarkalardan biridir. Qida ilə bağlı bütün mövzulara ev sahibliyi edən yarmarka brendləşməyə və qlobal məlumatlılığa yol açır.

Hər il Yaxın Şərq, Avropa və Asiya ölkələrindən orqanik və təbii məhsulların istehsalçı və distribütorlarının iştirakı ilə keçirilən sərgi Azərbaycanı təmsil edən şirkətimiz üçün mühüm potensial yaradıb. Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan, Misir, Küveyt, Bəhreyn, İordaniya, Qətər, İran və Mərakeş kimi peşəkarların ziyarət etdiyi Orqanik və Təbii Məhsullar Sərgisində iştirakçı şirkətimiz B2B görüşlər keçirib və ixtisaslı əməkdaşlıqlar qurub. Bundan əlavə, sektorun inkişafına töhfə vermək məqsədilə “SAB” şirkətinin nümayəndələri sərgi çərçivəsində bir çox panel və konfranslar keçirib, yeni texnologiyalar, habelə beynəlxalq standartlara uyğun halal məhsul çeşidləri haqqında məlumatlar paylaşıb.

Bizimlə əlaqə saxlayın