Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
dek
2023
14:10

Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

22 dek, 2023
14:10
1 311

Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Azərbaycan gələn il fevralın 8-10-da Hindistanın Mumbay şəhərində keçiriləcək “OTM Mumbai 2024” beynəlxalq turizm sərgisində iştirak edəcək.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. “OTM Mumbai 2024” turizm sərgisi "Jio" Dünya Konqres Mərkəzində təşkil ediləcək.

Xatırladaq ki, bu il bu tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin də daxil olduğu ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsi iştirak edib.

Bizimlə əlaqə saxlayın