“O, “Neftçi”də qalsa, mütləq yaxşı nəticələr olacaq - Nə istədiyini bilir”
Samir Abasovun gəlişindən sonra "Neftçi"nin nəticələrində ciddi irəliləyiş müşahidə olumnasa da, oyun planında canlanma açıq-aşkar görünür.
"Ağ-qaralar" əvvəlki kimi ruhsuz və vecsiz deyil.
Meydanda mübarizə aparan, nə istədiyini bilən futbolçular və ən əsası, oyun sistemi var.
"Neftçi" bu cür davam etsə, ən yaxın zamanda uğurlu nəticələr əldə olunacaq.
Sizinxeber.Az xəbər verir ki, komandanın əsas simalarından olan braziliyalı müdafiəçi Yuri Matias Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini dilə gətirib:
"Bilirəm, turnir cədvəlindəki yerimiz ürəkaçan deyil. Ancaq fərqi aradan qaldırmaq çətin də olsa, mümkündür.
Üstəlik, ölkə kubokunda mübarizə aparırıq. İnanıram ki, hədəfə bu il də çatacağıq.
Çempionatda olmasa da, kubokda uğur qazanmaqla azarkeşlərimizi sevindirəcəyik. Bunun üçün potensialımız var.
Samir Abasov mübariz və xarakterli insandır. Ən əsası, nə istədiyini bilir.
"Neftçi"də qalsa, ən pis halda gələn mövsüm mütləq yaxşı nəticələr olacaq".
Oxşar xəbərlər
Samir Abasov: "Sanki "Neftçi"dən heç getməmişdim"
Samir Abasov "Neftçi"də yubiley qələbəsini qazanıb
“Neftçi”nin sabiq məşqçisi: “Samir Abasov komandanı bu vəziyyətdən çıxara bilər”
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
"Neftçi"nin hücumçusu: "Komandanın ilk iki pillədə yer almasını istəyirəm" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













