Planşeti sındıran Qurban Qurbanovun cəzalanmamasının səbəbi açıqlanıb
"Araz-Naxçıvan"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda texniki zonada planşeti sındıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun cəzalanmamasının səbəbi açıqlanıb.
Bu barədə "Report"a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov açıqlama verib.
O, mütəxəssisin etdiyi hərəkətə heç bir cəzanın düşmədiyini bildirib:
"O, öz planşetini sındırıb. Təpiklə sındırdığı planşetin hissələri meydana düşsəydi, kiməsə dəysəydi, cəza veriləcəkdi. Heç kimə xətər yetirmədi, oyun dayanmadı, hakim tərəfindən sarı və ya qırmızı vərəqə də verilmədi. İntizam Komitəsi AFFA nümayəndəsi və referinin yazdıqlarına əsasən qərar çıxarır. Nəyə əsasən cəza verək? Apellyasiya şikayəti versəydilər, udacaqdılar. Bəzi şeylər var ki, cəzaya düşür, bəziləri isə düşmür. Biz İntizam Məcəlləsinə əsasən qərarları açıqlayırıq".
Qeyd edək ki, "Qarabağ" "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub. Tərəflər arasında cavab görüşü aprelin 23-də reallaşacaq.
Oxşar xəbərlər
AFFA “Araz-Naxçıvan”ı cərimələyib
“Araz-Naxçıvan” klubunun rəsmisi: “Felipe Santos “Qarabağ”la oyundan sonra ciddi şəkildə tənbeh olunub”
"Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb
"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb
"Neftçi" AFFA İntizam Komitəsinin qərarından narazıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












