DİN-in taksi sərnişinlərinin sığortasına dair məlumatları əldə etməsi qaydası müəyyənləşib
sizinxeber.az xəbər saytı

DİN-in taksi sərnişinlərinin sığortasına dair məlumatları əldə etməsi qaydası müəyyənləşib


Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydasına dəyişiklik edilib.

Sizinxəbər.Az-ın əldə etdiyi məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” Qanun ilə müəyyən edilmiş məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən həmin qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə ediləcək.

Nazirlər Kabineti “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda da dəyişiklik edib. Qərara əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” Qanunla müəyyən edilmiş məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə ediləcək.

Oxşar xəbərlər

Nazirlər Kabineti icbari sığortaya dair bəzi qərarlarında dəyişiklik edib
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
TƏBİB-in səlahiyyətləri artırılıb
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər