BƏT-lə əməkdaşlıq çərçivəsində uşaq əməyinin aradan qaldırılmasına dair üçtərəfli görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində uşaq əməyinin aradan qaldırılmasına dair üçtərəfli görüş keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən görüş uşaq əməyi ilə mübarizəyə dair qlobal çağırışlar, bu sahədə beynəlxalq hüquqi çərçivə və praktiki yanaşmalar barədə iştirakçıları məlumatlandırmaq məqsədi daşıyıb.
Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib, ölkəmiz tərəfindən BƏT-in 60 Konvensiya və 1 protokolunun ratifikasiya edildiyini diqqətə çatdırıb. Son illər bu sahədə hüquqi bazanın gücləndirilməsi, əmək müfəttişliyi mexanizmlərinin təkmilləşdirilməsi aparılan işlərdən bəhs olunub.
"Əmək və Məşğulluq" (ƏMAS) altsistemində uşaq əməyinə nəzarət üzrə funksionallıqların da olduğu qeyd edilib. Uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumlarının təmsil olunduğu İşçi Qrupunun fəaliyyəti vurğulanıb.
BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev uşaq əməyinin aradan qaldırılmasının BƏT-in fundamental prinsiplərindən olduğunu, Təşkilatın 138 və 182 saylı Konvensiyalarının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın uşaq əməyinə qarşı mübarizədə əldə etdiyi nailiyyətlər, ölkədə sosial dialoq mexanizmlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi müsbət qiymətləndirilib.
Vebinar formatında keçirilən görüşdə təqdimatlar edilib, bu sahədə beynəlxalq əmək standartları, onların praktik tətbiqi, uğurlu təcrübələr ilə bağlı məlumatlandırma aparılıb.
Oxşar xəbərlər
Cenevrədə keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumatlar verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Nazir müavini: Azərbaycanda məşğulluq imkanları genişlənib
Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
