Azərbaycan hərbçiləri Türkiyədə mağaralarda... - Video
sizinxeber.az xəbər saytı

Azərbaycan hərbçiləri Türkiyədə mağaralarda... - Video


Türkiyədə Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.

Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.

Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.

Oxşar xəbərlər

Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirir
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
HHQ-nin helikopter bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər