Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanılıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosuna verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub
Yevlaxda 592 ədəd çətənə kolu əkən 2 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər