Ahıl qadına oğlunu həbsdən azad etdirmək adı ilə 22 min manat dələduzluq edilib
sizinxeber.az xəbər saytı

Ahıl qadına oğlunu həbsdən azad etdirmək adı ilə 22 min manat dələduzluq edilib


Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla ümumilikdə 72400 manat dəyərində vəsaiti ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib
Dələduzluq yolu ilə hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı
Bakıda vətəndaşlara 113 min manat dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Şirvanda 15 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle