Azad edilmiş ərazilərdə daha 68 mina, 129 PHS aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
14:50

Azad edilmiş ərazilərdə daha 68 mina, 129 PHS aşkarlanıb

10 in, 2025
14:50
660

Azad edilmiş ərazilərdə daha 68 mina, 129 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.06-2025-09.06.2025) məlumat açıqlanıb.

APA Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 52 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 129 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 889,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizimlə əlaqə saxlayın