Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2025
11:00

Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlanıb

19 may, 2025
11:00
812

Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.05.2025 - 18.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sizinxeber.az-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1,291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizimlə əlaqə saxlayın