Qaxda zəncirvarı qəza olub, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qaxda zəncirvarı qəza olub, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB


Qaxda zəncirvarı qəzada xəsarət alanlardan 3-ü bir ailənin üzvüdür.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Güllük kənd sakinləri - “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov və onun ailə üzvüləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılovu qəzada xəsarət alıb.

Digər xəsarət alan şəxs isə “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyevadır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

saat 12.26

Qaxda zəncirvarı yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə 4 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qaxda zəncirvarı qəza olub, 5 nəfər xəsarət alıb
Qaxda yol qəzasında bir ailənin 4 üzvü və iki qardaş xəsarət alıb - YENİLƏNİB - FOTO
Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Zaqatalada qəza nəticəsində bir ailənin beş üzvü xəsarət alıb
Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle