Qaxda zəncirvarı qəza olub, 5 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Qaxda zəncirvarı qəza olub, 5 nəfər xəsarət alıb


Qaxda zəncirvarı yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə 5 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib, bir neçə nəfər xəsarət alıb
Naxçıvanda zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb
Zaqatalada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle