Qaxda yol qəzasında bir ailənin 4 üzvü və iki qardaş xəsarət alıb - YENİLƏNİB - FOTO
Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəzada Abşeron rayon sakinləri - 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı Şəbnəm Abdullayeva, onların övladları - 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb.
12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər.
***
18.15
Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var
Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













