Şərurun kənd yolunda qaya uçqunu olub
sizinxeber.az xəbər saytı

Şərurun kənd yolunda qaya uçqunu olub


Şərur rayonunun kənd yolunda qaya uçqunu olub.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.

Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.

Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.

Hazırda yolda təhlükəsizlik təmin edilib.

Oxşar xəbərlər

Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
Güclü yağış Ordubadda fəsadlar törədib, qaya parçaları yola tökülüb
Ordubadda qaya uçaraq yola tökülüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle