Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib
sizinxeber.az xəbər saytı

Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib


Şamaxıda avtomobil qəzası baş verib.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, bu gün saat 21 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-nin sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Şamaxıda avtomobil ağaca çırpılıb, sürücü ölüb
İsmayıllıda “VAZ-2107” qəza törədib, sürücü ölüb - FOTO
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
Bakı-Şamaxı yolunda avtomobil aşıb, ölən və yaralananlar var
Ağsu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər