Ağsu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
sizinxeber.az xəbər saytı

Ağsu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində minik avtomobilləri toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağsuda iki avtomobil toqquşub, ölən var - YENİLƏNİB
Göyçayda yol qəzası olub, ölən və xəsarət alanlar var
Şəkidə minik maşını ağaca çırpılıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər