Astarada məktəbin yaxınlığında yanğın olub
sizinxeber.az xəbər saytı

Astarada məktəbin yaxınlığında yanğın olub


Astarada yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astarada 1 saylı məktəbin idman sahəsi ətrafında otluq əraizdə qeydə alınıb. Alov məktəb binasına və yaxınlıqda yerləşən yüksək gərginlikli elektrik blokuna doğru yayılıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Oxşar xəbərlər

Astarada "TIR"-ın yük yerində yanğın olub - FOTO
Göyçayın Çərəkə kəndində güclü yanğın baş verib - FOTO
Lənkəranda ikimərtəbəli ev yanıb
Tovuz şərab zavodu yanır
Biləsuvarda ikimərtəbə ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle