Astarada "TIR"-ın yük yerində yanğın olub  - FOTO
sizinxeber.az xəbər saytı

Astarada "TIR"-ın yük yerində yanğın olub - FOTO


Astara rayonunda iritonnajlı yük avtomobillərinin təmir meydançasında "TIR" yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə Astara rayonunun Ərçivan qəsəbəsində iri tutumlu yükdaşıyan nəqliyyat vasitələrini təmir edən mərkəzin meydançasında rayonun Pensər kənd sakininə məxsus "TIR"-ın yük yerində yanğın baş verib.

Nəqliyyat vasitəsinə yüklənmiş kömür kisələri yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinın yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlbo lunub.

İlkin ehtimala görə yanğın kömür kisələrinin qapalı vəziyyətdə olmasından yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər