Xaçmazda 2 il əvvəl görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB
Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürən şəxsin kimliyi məlum olub.
APA xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib. Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
***
1 iyun, 23.08
Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Ötən dövr ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, görmə əngəlli qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Hazırda fakt araşdırılır.
Oxşar xəbərlər
Xaçmazda görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb
Xaçmazda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub
Bakıda 14 yaşlı oğlan itkin düşüb
Salyanda 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
