Xaçmazda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub
sizinxeber.az xəbər saytı

Xaçmazda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub


Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xaçmazda görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb
Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb
Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub 
Xaçmazda qadın qətlə yetirilib
Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər