Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçması nəticəsində məhkum ölüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
11:50

Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçması nəticəsində məhkum ölüb - YENİLƏNİB

02 in, 2025
11:50
549

Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçması nəticəsində məhkum ölüb - YENİLƏNİB

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum ölüb.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Selcan Zaurqızı

***

1 iyun, 22.11

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

Bu haqda Sizinxeber.az-nın sorğuna cavab Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, xəbəri ilk olaraq ajans.az saytı yayıb.

Bizimlə əlaqə saxlayın