02
in
2025
00:00

yuxarı
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, xəsarət alan var

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, xəsarət alan var
Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.
Bu barədə “Sizinxeber.az”a Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, üçma haqqında ilk xəbəri ajans saytı yayıb.