Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayır


Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə ibtidai istindaq yekunlaşıb.

APA xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Oxşar xəbərlər

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Abşeron RİH-in sabiq əməkdaşının məhkəməsi başlayır
Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verilib
Qardaşını analarının gözü qarşısında amansızlıqla öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır
Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin həbs edilən sabiq rəisinin məhkəməsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle