Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlarda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Zaur Əsgərovun anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, orta məktəbi bitirməyib, latın qrafikasında yazıb-oxuya bilmir.
Gündüz Mirzəyevin anket məlumatları dəqiqləşdirilən zaman bildirilib ki, o, 2020-ci ildə Milli Məclisə basqın etməkdə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını şərti çəkib.
Zaur Əsgərovun vəkili Nemət Kərimli vəsatətlə çıxış edərək müvəkkilinin yanında əyləşməsi və onun ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə müşavirə edərək vəkilin ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib. Digər vəsatət isə təmin edilib. Təqsirləndirilən şəxs prosesin gedişatı zamanı müdafiəçilərinin yanında əyləşəcək.
Məhkəmə baxışı mayın 15-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirərək, geniş əhali kütlələri bu kimi fəaliyyətlərə təşviq etmələrinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Oxşar xəbərlər
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayıb
Konstitusion quruluşa qarşı cinayətlər təşkil etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













