Sumqayıtda fərdi yaşayış evində yanğın söndürülüb -  VİDEO  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda fərdi yaşayış evində yanğın söndürülüb - VİDEO - YENİLƏNİB


Sumqayıt şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası yanğını tam məhdudlaşdırıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən qüvvələrin səyi nəticəsində alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. 

Yanğın nəticəsində sahəsi 100 kvadratmetr olan 3 otaqlı ev tamamilə yanıb.

Hadisənin səbəbləri araşdırılır.

16:28

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. 

"Sizinxeber.az"un yerli bürosunu məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər aparılır.

Hadisənin səbəbi, eləcə də əraziyə və sakinlərə dəyən zərərin həcmi araşdırılır.

Oxşar xəbərlər

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib
Gəncədə sexdəki yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Naxçıvanda fərdi evdə yanğın olub, ölən var
Sumqayıtda yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar