sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib
Sosial şəbəkələrdə təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Sizinxeber.az"a bildirib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib.
Oxşar xəbərlər
DİN: Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır
Yola təkər atan yeniyetmələr saxlanıldı
Yeniyetmə qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA
DİN: Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirilib
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













