DİN: Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır
sizinxeber.az xəbər saytı

DİN: Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır


Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır.

Bu bərədə “Sizinxeber.az”un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub.

Bildirək ki, azyaşlı qız amansızcasına döyülüb, videoya çəkilib, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanılıb
Sosial şəbəkədə azyaşlının döyülməsi ilə bağlı paylaşılan görüntü araşdırılır
Yeniyetmə qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub
MSK bələdiyyə seçkiləri ilə əlaqədar sosial şəbəkələrdə yayılan 68 görüntünü araşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle