ADY: Ağdaşda baş verən qəzada dəmiryol keçidindən istifadə qaydaları pozulub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
11:50

ADY: Ağdaşda baş verən qəzada dəmiryol keçidindən istifadə qaydaları pozulub - YENİLƏNİB

29 may, 2025
11:50
500

ADY: Ağdaşda baş verən qəzada dəmiryol keçidindən istifadə qaydaları pozulub - YENİLƏNİB

28 may saat 23:55 radələrində Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, dəmiryol keçidindən istifadə qaydalarını pozaraq qatara çırpılıb.

Bu barədə APA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

ADY bir daha sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırır. Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər.

***

11.19

Ağdaşda avtomobil qatarla toqquşub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın