Bakıda sərnişin qatarı qəfil yola çıxan şəsxi vurub
sizinxeber.az xəbər saytı

Bakıda sərnişin qatarı qəfil yola çıxan şəsxi vurub


Bu gün saat 08:31-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb. Qatar hərəkətinə gecikmə ilə davam edib.

Məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər”, - məlumatda qeyd olunur.

Oxşar xəbərlər

ADY: Piyada diqqətsizliyi qəzaya səbəb olub
Bakıda sürətli sərnişin qatarı qəfil yola çıxan qadını vurub
Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub
Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub öldürüb
Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər