28
may
2025
13:50

yuxarı
Neftçalada ev yanıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB

Neftçalada ev yanıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB
Neftçala sakini evində yanaraq ölüb.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
Yanğın FHN tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.