Neftçalada ev yanıb, bir nəfər ölüb, bir nəfər yaralanıb  - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Neftçalada ev yanıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB-1


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb. Partlayış dalğasının təsirindən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

14:37

Neftçalada baş verən yanğına səbəb evin təmiri zamanı baş verən partlayış olub.

APA-nın xəbərinə görə, ilkin ehtimala görə, tezalışan kimyəvi tikinti materialı partlayışa səbəb olub.

Hadisənin səbəbi araşdırılır.

***

saat 13.40

Neftçala sakini evində yanaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda ev yanıb - VİDEO
Qazaxda ev yanıb
Ağcabədidə evdə yanğın olub, xəsarət alan var
Şəmkirdə fərdi yaşayış evində yanğın olub
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər