Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul  kiber üsulla oğurlanıb
sizinxeber.az xəbər saytı

Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb


Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdı".

Oxşar xəbərlər

Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Həftəsonu 15 min manatdan çox vəsait vətəndaşların bank kartlarından oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 36 min manatdan çox pul kiber üsulla oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul kiber üsulla oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 13 min 500 manat kiber üsulla oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər