Naxçıvanda normativ tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda normativ tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırılıb.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Babək rayon Gülşənabad kəndində fəaliyyət göstərən Zeynalov Məhərrəm Abbasəli oğluna məxsus “Körpü” kafesində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.
Belə ki, qida obyektində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların təmiz saxlanılmadığı, ətin müvafiq müşahidəedici sənədlərinin təqdim edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin dövri tibbi müayinələrə cəlb olunmadığı və şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması təmin olunana qədər kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
