Qax Kukla Teatrına müdir düzəldəcəyi vədi ilə dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Qax Kukla Teatrına müdir düzəldəcəyi vədi ilə dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub


Bir neçə tanışının etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Karlen İskəndərovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Sizinxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Karlen İgəndərova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Karlen İskəndərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Karlen İskəndərov paytaxtın Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Etiraf Nağıyevin etibarından sui-istifadə etməklə ona, 2018-ci il ərzində Xətai rayonu Ukranya dairəsinin qarşısında yerləşən "Heydər Əliyev" parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq, ümumilikdə 64 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, tanışı Xanlar Bayramova paytaxtın Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 17 min manat dələduzluq edib.

Həmçinin, K.İskəndərov, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Elmir Zərifovun etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Pəri Zərifovanı Qax Dövlət Kukla Teatrına müdir düzəldəcəyi vədini verib inandıraraq ümumilikdə 30 min manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Oxşar xəbərlər

Külli miqdarda dələduzluqda ittiham olunan qadına hökm oxunub
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub
400 min manat dələduzluqda ittiham olunan qadına hökm oxunub
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
Bakıda bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər