Şəmkir RİH: Rayonda qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır
sizinxeber.az xəbər saytı

Şəmkir RİH: Rayonda qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır


Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır

"Report"un Qərb bürosunun məlumatına görə, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.

Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.

Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.

Oxşar xəbərlər

AQTA Qurban bayramı ilə bağlı heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir
Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb
Şəmkirdə yeniyetmə Kür çayında batıb
Şəmkirdə avtomobil yanaraq yararsız hala düşüb
Şəmkirdə üzərinə beton düşən 24 yaşlı oğlan ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər