Çindən “avtomobil idxalçısıyam” deyib vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən şəxs həbs olunub
sizinxeber.az xəbər saytı

Çindən “avtomobil idxalçısıyam” deyib vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən şəxs həbs olunub


Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

A.Şirvanzadə özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satan və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Evlərə çıxarış almaq adı altında dələduzluq edən şəxs həbs edilib
Şirvanda dələduzluq edən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər