Tərtərdə gəlinin qayınatası tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
12:00

Tərtərdə gəlinin qayınatası tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

13 may, 2025
12:00
461

Tərtərdə gəlinin qayınatası tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.

"Sizinxeber.az"un Qarabağ bürosu xəbər verir ki, Poladlı kənd sakini 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib. 

Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb. 

Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

11:32

Tərtərdə qətl törədilib.

"Sizinxeber.az" xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Hüseynov gəlini Hafizə Rzayevanı qətlə yetirib.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın