Tanışını qətlə yetirən şəxsə hökm oxunub
Masallıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsrafil Cavadov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Təqsirləndirilən İsrafil Cavadov Masallı rayonunda birlikdə kirayə qaldığı Siruz Mehdiyevlə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşüb. Mübahisə nəticəsində İsrafil Cavadov Siruz Mehdiyevi bıçaqla qətlə yetirib.
Qeyd edək ki, təqsirləndirilən İsrafil Cavadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sumqayıtda tanışını qətlə yetirən şəxsə hökm oxunub
Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomata hökm oxunub
Astarada dostunu güllələyib, özünü yaralayan şəxsə hökm oxunub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













