Sumqayıtda tanışını qətlə yetirən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Sumqayıtda tanışını qətlə yetirən şəxsə hökm oxunub


Sumqayıtda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Habil Qonşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Habil Qonşəliyev 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, hadisə ötən il fevralın 4-də Sumqayıtda baş verib. Habil Qonşəliyev və Rüfət Abdullayev arasında mübahisə baş verib. Mübahisə nəticəsində Habil Qonşəliyev yumruq və təpiklə Rüfət Abdullayevə xəsarətlər yetirib. Rüfət Abdullayev aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm oxunub
Sumqayıtda şəhidin əmisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub
Astarada dostunu güllələyib, özünü yaralayan şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle