Samuxda ağır yol qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb - YENİLƏNİB
Samuxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyevadır.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev xəsarət alıblar.
Onların vəziyyətləri kafi qiymətləndirilir. Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Samuxda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 2
Samuxda avtomobillər toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB
Yevlaxda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB
Samuxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












