Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO
sizinxeber.az xəbər saytı

Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO


FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb.

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Oxşar xəbərlər

FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Abşeron rayonunda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO
Bakıda restoranda baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər