Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO
sizinxeber.az xəbər saytı

Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az-nın xəbərinə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda 5 mərtəbəli binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə yaşayış binasında partlayış baş verib, xəsarət alan olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər